AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. 24 may 2022-ci il
20-22 may 2022-ci il tarixlərində “Sərhədçi” İdman Olimpiya Mərkəzində Gənclər və İdman Nazirliyi və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə Kikboksinq üzrə kişilər və qadınlar arasında XXVI Azərbaycan çempionatı keçirilib. 24 may 2022-ci il
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. 24 may 2022-ci il
Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 116 m² olan mənzilin mətbəxində 6 m² sahədə mebel, 1 ədəd paltaryuyan maşın, 1 ədəd qabyuyan maşın və 1 ədəd televizor yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb...
Şirvan şəhərində “Şirvan Oil” əməliyyat şirkətinin ərazisində tutumu 20 ton olan yeraltı mazut çəninin içərisində mazut qalıqları yanıb...
Xidmətin fəaliyyəti haqqında
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi balansında olan dövlət əhəmiyyətli su anbarlarının etibarlı mühafizəsini təmin edən, ölkədə su anbarlarının texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, ölkə ərazisində yerüstü, yeraltı su ehtiyatlarının, su obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqlərini aparan və ölkə ərazisində su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsini həyata keçirən icra hakimiyyəti orqanıdır.
- balansında olan dövlət əhəmiyyətli su anbarlarının etibarlı mühafizəsinin təmin edilməsi ilə bağlı tədbirlər görmək;
- su obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin və dövlət əhəmiyyətli su anbarlarının monitorinqinin həyata keçirilməsində iştirak etmək;
- aidiyyəti qurumların iştirakı ilə ölkə ərazisində su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlər görmək;
Nazirliyin digər struktur bölmələri və müvafiq dövlət orqanları ilə birlikdə su obyektlərinin, hidrotexniki qurğuların və su təchizatı sistemlərinin fövqəladə hallardan qorunmasında, qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında iştirak etmək;
- aidiyyəti qurumların iştirakı ilə dövlət əhəmiyyətli su anbarlarının səmərəli istismarı ilə bağlı tədbirlər görmək;
- balansındakı su obyektlərini kompleks şəkildə idarə etmək, habelə hidrotexniki qurğuların və su təchizatı sistemlərinin səmərəli istismarını təmin etmək.
04 yanvar 1959-cu ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix və Azərbaycan Respublikası DİN-nin Polis Akademiyasını bitirmişdir.
Ailəlidir. 2 övladı var.
İyul 1975-ci ildə Yardımlı rayonunun Köryədi kəndində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasının Geoloji kəşfiyyat fakültəsinin Dağ mühəndisliyi – Hidrogeologiya ixtisasını bitirib.
Ailəlidir. 3 övladı var.
Oktyabr 1987-ci ildə Bakı şəhərində anadan olub.
Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
İqtisad üzrə elmlər doktorudur.
Ailəlidir. 3 övladı var.