AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin birgə təşkilatçılığı ilə Suraxanı Rayon İcra Hakimiyyətində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, təxliyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi zamanı, həmçinin pandemiya şəraitində FHN... 30 mart 2023-cü il
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. 30 mart 2023-cü il
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir. 30 mart 2023-cü il
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Şəki şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında...
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub...
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 130 m² olan birmərtəbəli 5 otaqlı evin dəhlizinin lambirdən ibarət tavanı 10 m² sahədə, həyətyanı ərazidə karton qutular...
Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasnın Fövqəladə Hallar Nazirliyi yaradılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi həmin nazirliyin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş FHN-nin strukturunda isə, həmin idarə yenidən təşkil edilmiş və Dövlət Yanğından Mühafızə Xidməti yaradılmışdır.
Xidmətin fəaliyyəti haqqında
Dövlət Yanğından Mühafizə Xidməti respublika ərazisində baş vermiş yanğınların söndürülməsini və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərini (insanların, əmlakın və s.) həyata keçirən, yanğınsöndürmə texnikasına və vasitələrinə, habelə könüllü və idarədənkənar yanğından mühafizə bölmələrinin yaradılmasına dair tələbləri müəyyənləşdirən icra hakimiyyəti orqanıdır.
Yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz xilasetmə işlərinin aparılmasını, müvafıq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etməklə bu siyasətin həyata keçirilməsini təmin etmək;
Yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz xilasetmə işlərinin aparılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti, o cümlədən yerli özünüidarəetmə orqanlarının fəaliyyətini əlaqələndirmək;
Xidmətin fəaliyyətinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət funksiyasnı həyata keçirmək.