AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

14 may 2021-ci il saat 22:45-dək, ilkin məlumata əsasən:

Zaqatala rayonunda "Mercedes" markalı minik avtomobilinin yük yeri yanıb...

14 may 2021-ci il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanından daş parçasının asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

14 may 2021-ci il saat 20:45-dək, ilkin məlumata əsasən:

Şamaxı rayonunun Adnalı kəndində ümumi sahəsi 24 m² olan talvarın yanar konstruksiyaları 10 m² sahədə və altına yığılan 1 ton ot bağlamasının 400 kiloqramı yanıb.

14 may 2021-ci il saat 17:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

14 may 2021-ci il saat 17:15-dək, ilkin məlumata əsasən:

Balakən rayonunun Mollaçıbinə kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 20 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb.

14 may 2021-ci il saat 15:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Səbail rayonunda restorana aid həyətyanı ərazidə hər birinin tutumu 40 litr olan 3 ədəd məişət qaz balonundan biri partlayıb, digər iki balonun başlıq hissəsi, həmçinin taxta tullantıları 30 m² sahədə yanıb.

14 may 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub...

14 may 2021-ci il saat 08:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 3 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

14 may 2021-ci il saat 08:00-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 18 m² olan dəmir konstruksiyadan ibarət qarajın içərisində məişət əşyaları 10 m² sahədə yanıb...

14 may 2021-ci il saat 04:30-dək:

Qazax rayonunun Daş Salahlı kəndində ümumi sahəsi 27 m² olan dəmir konstruksiyadan ibarət vaqon tipli çayxananın taxta üzlüyü və içərisindəki əşyalar yanıb...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr