AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

BÖHRAN VƏZİYYƏTLƏRİNDƏ İDARƏETMƏ MƏRKƏZİ

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən “2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən silsilə mülki müdafiə kursları keçirilib. 03 oktyabr 2023-cü il


Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, oktyabrın 5-i axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı, arabir güclü külək əsəcəyi proqnozlaşdırılır. 03 oktyabr 2023-cü il


Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. 03 oktyabr 2023-cü il


Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 70 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin dam örtüyünün taxta atmaları 40 m² sahədə...


Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 36 m² olan yarımstansiyanın dam örtüyünün taxta atmaları yanıb...


Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 135 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 130 m² sahədə yanıb...

Ümumi məlumat


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında qüvvə və vasitələrin operativ idarə olunması üçün yaradılmış idarəetmə orqanıdır. Mərkəz, həmçinin, müxtəlif mənbələrdən daxil olmuş məlumatların toplanılması, ümumiləşdirilməsi, təhlili və bununla əlaqədar müvafiq qərarların qəbul edilməsi sahəsində fəaliyyət göstərir.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında qüvvə və vasitələrin operativ idarə olunması üçün yaradılmış idarəetmə orqanıdır. Mərkəz, həmçinin, müxtəlif mənbələrdən daxil olmuş məlumatların toplanılması, ümumiləşdirilməsi, təhlili və bununla əlaqədar müvafiq qərarların qəbul edilməsi sahəsində fəaliyyət göstərir.

 

Nəticələrinin aradan qaldırılması

Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı Nazirliyin qəza-xilasetmə işlərinin aparılmasına cəlb olunmuş qəza-xilasetmə birləşmələrinin qüvvə və vasitələrinin mərkəzləşdirilmiş idarə edilməsini təşkil edir. Nazirliyin operativ növbətçi xidmətlərinin fəaliyyətini əlaqələndirir. Müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və əhali ilə qarşılıqlı informasiya mübadiləsinin aparılmasını təşkil edir. Həmçinin Nazirliyin, onun struktur bölmələrinin və qurumlarının, müvafiq mərkəzi icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının rəhbərlərini fövqəladə halların yarana bilməsi və ya baş verməsi faktı barədə qəbul olunmuş qaydada məlumatlandırır.

112 Qaynar telefon xətti

Nazirliyin "112" qaynar telefon xətti 24 saat ərzində fasiləsiz vətəndaşlardan və digər mənbələrdən daxil olan məlumatları qəbul edir və tədbirlər görülməsi üçün müvafiq strukturları xəbərdar edir.

AİİS

Mərkəzin avtomatlaşdırılmış informasiya-idarəetmə sisteminin (AİİS), o cümlədən müvafiq informasiya şəbəkələrinin və xüsusi proqram təminatı vasitələrinin yaradılması, inkişafı və sabit fəaliyyəti üzrə kompleks tədbirlər görür, fəaliyyət sahəsi ilə bağlı informasiyaların toplanılmasını, təhlilini, ümumiləşdirilməsini, eyni zamanda onların avtomatlaşdırılmış uçotunu, fövqəladə hallara dair məlumatlar bazasının yaradılmasını və işlənilməsini təşkil edir. Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını operativ surətdə təşkil etmək məqsədi ilə “Fövqəladə Halların idarə olunmasının coğrafi İnformasiya Sistemi”nin yaradılmasında iştirak edir. Mərkəzdə informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri tədbirlər görür.

Rəhbərlik haqqında məlumat


Adil Ələsgər oğlu Abdullayev

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi, general-mayor.

21.09.1977-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub.
Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
Ailəlidir. 2 övladı var.

Zaur Faiq oğlu Kərimov

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisinin 1-ci müavini, polkovnik.

18.08.1980-ci ildə Azərbaycan Respublikasının Zəngilan rayonunda anadan olub.
Daxili İşlər Nazirliyinin Bakı Yanğın Texniki Məktəbini və Polis Akademiyasını bitirib.
Ailəlidir. 2 övladı var.

Əsmər Ələsgər qızı Salamova

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəis müavini, polkovnik-leytenant.

12.04.1979-cu ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını və Bakı Dövlət Universitetini bitirib.
Ailəlidir. 2 övladı var.