AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

BÖHRAN VƏZİYYƏTLƏRİNDƏ İDARƏETMƏ MƏRKƏZİ

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) çətin meteoroloji şəraitdə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılır.  21 fevral 2018-ci il


15 fevral 2018-ci il tarixində Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın hər iki tərəfdən olan nümayəndə heyətinin iştirakı ilə növbəti ekspert görüşü keçirilmişdir. 15 fevral 2018-ci il


2 fevral 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilmişdir. 02 fevral 2018-ci il


Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 130 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 60 m2 sahədə və çardağı 50 m2 sahədə yanmışdır...


Ucar rayonu, Çiyni kəndində ümumi sahəsi 80 m2 olan tövlənin yanar konstruksiyaları 30 m2 sahədə və içərisinə yığılmış 700 kq ot bağlaması yanmışdır...


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır...

Ümumi məlumat


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında qüvvə və vasitələrin operativ idarə olunması üçün yaradılmış idarəetmə orqanıdır. Mərkəz, həmçinin, müxtəlif mənbələrdən daxil olmuş məlumatların toplanılması, ümumiləşdirilməsi, təhlili və bununla əlaqədar müvafiq qərarların qəbul edilməsi sahəsində fəaliyyət göstərir.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında qüvvə və vasitələrin operativ idarə olunması üçün yaradılmış idarəetmə orqanıdır. Mərkəz, həmçinin, müxtəlif mənbələrdən daxil olmuş məlumatların toplanılması, ümumiləşdirilməsi, təhlili və bununla əlaqədar müvafiq qərarların qəbul edilməsi sahəsində fəaliyyət göstərir.

 

Nəticələrinin aradan qaldırılması

Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı Nazirliyin qəza-xilasetmə işlərinin aparılmasına cəlb olunmuş qəza-xilasetmə birləşmələrinin qüvvə və vasitələrinin mərkəzləşdirilmiş idarə edilməsini təşkil edir. Nazirliyin operativ növbətçi xidmətlərinin fəaliyyətini əlaqələndirir. Müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və əhali ilə qarşılıqlı informasiya mübadiləsinin aparılmasını təşkil edir. Həmçinin Nazirliyin, onun struktur bölmələrinin və qurumlarının, müvafiq mərkəzi icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının rəhbərlərini fövqəladə halların yarana bilməsi və ya baş verməsi faktı barədə qəbul olunmuş qaydada məlumatlandırır.

112 Qaynar telefon xətti

Nazirliyin "112" qaynar telefon xətti 24 saat ərzində fasiləsiz vətəndaşlardan və digər mənbələrdən daxil olan məlumatları qəbul edir və tədbirlər görülməsi üçün müvafiq strukturları xəbərdar edir.

AİİS

Mərkəzin avtomatlaşdırılmış informasiya-idarəetmə sisteminin (AİİS), o cümlədən müvafiq informasiya şəbəkələrinin və xüsusi proqram təminatı vasitələrinin yaradılması, inkişafı və sabit fəaliyyəti üzrə kompleks tədbirlər görür, fəaliyyət sahəsi ilə bağlı informasiyaların toplanılmasını, təhlilini, ümumiləşdirilməsini, eyni zamanda onların avtomatlaşdırılmış uçotunu, fövqəladə hallara dair məlumatlar bazasının yaradılmasını və işlənilməsini təşkil edir. Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını operativ surətdə təşkil etmək məqsədi ilə “Fövqəladə Halların idarə olunmasının coğrafi İnformasiya Sistemi”nin yaradılmasında iştirak edir. Mərkəzdə informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri tədbirlər görür.

Rəhbərlik haqqında məlumat


Adil Ələsgər oğlu Abdullayev

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi, polkovnik.

21.09.1977-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub.
Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
Ailəlidir. 2 övladı var.

Qəbul günləri:
Hər ayın I-ci və IV-cü həftəsinin cümə günü saat 10:00-dan 12:00-dək

Kamal Vaqif oğlu Qurbanov

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisinin 1-ci müavini, polkovnik.

12.07.1972-ci ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.
Moskva Dövlət Universitetini bitirib.
Ailəlidir. 2 övladı var.

Qəbul günləri:
Hər həftənin çərşənbə günü saat 10:00-dan 12:00-dək

Rüstəm Rasim oğlu Səfərəliyev

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəis müavini, mayor.

30.07.1978-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub.
Bakı Dövlət Universitetini bitirib.
Ailəlidir. 1 övladı var.

Qəbul günləri:
Hər həftənin bazar ertəsi və cümə axşamı günləri saat 10:00-dan 12:00-dək